Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı rayon məktəblərində “Erkən nikahlar və onun qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

0


  •       20.10.2016-cı il tarixdə Xocalı rayon İcra
    hakimiyyətinin və “Ermən təcavüzünün tanıdılması” ictimai birliyinin təşkilatçıılığı
    ilə “Erkən nikahlar və onun qarşısının alınması” mövzusunda maarifləndirici tədbir
    keçirilmişdir.

         Tədbiri giriş sözü ilə açan Xocalı rayon
    İHB-sının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə
    Qarayeva bildirmişdir ki, hal-hazırda istər əxlaqi, istərsə də mənəvi-psixoloji
    keyfiyyətlərinə görə Azərbaycan ailələri dünya ailələrinə örnək ola biləcək bir
    modeldir. Dövlətimiz də bu gün bu ailələrin daha sağlam bir təməl üzərində
    qurulması üçün lazımı tədbirlər görür. Belə ki, bu gün möhtərəm prezidentimiz
    İlham Əliyev cənablarının ailə-dövlət siyasətini prioritet bir məsələ kimi ön
    plana çəkməsinin nəticəsidir ki, ölkəmizdə nikaha daxil olmaq istəyən hər bir
    cütlük gələcəkdə sağlam uşaqlar dünyaya gətirmək üçün tibbi müayinədən keçirlər.


           Ümumiyyətlə ailə kiçik bir dövlət
    modelidir. Kiçik bir ailənin problemi bu gün ölkəmizdə cəmiyyətin əsas problemi
    kimi götürülür və hər zaman bu problemlərin həll olunması istiqamətində mühüm
    işlər görülür. Ancaq çox təəssüf edirik ki, bu istiqamətdə görülmüş bütün tədbirlərə
    baxmayaraq ölkəmizdə hələ də problemli ailələr var və bu problemləri doğuran əsas
    səbəb kimi erkən nikah hallarını misal göstərmək olar.

            Daha sonra çıxış üçün söz “Erməni təcavüzünün
    tanıdılması” ictimai birliyinin sədri Səriyyə Müslümqızına verildi.

             Səriyyə xanım öz çıxışında bildirdi
    ki, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən
    verilən məlumata görə, ötən il erkən nikaha daxil olan qadınların sayı əvvəlki
    ilə nisbətən 10.4 faiz artaraq 6.9 faizə çatıb. Azərbaycan qanunvericiliyinə
    görə erkən nikah 18 yaşdan kiçik oğlanların və 17 yaşdan kiçik qızların ailə
    qurması və birgə yaşamasıdır. Elə insanlar var ki, onlar el adəti, ana-ata
    xeyir-duası ilə ailə həyatı qururlar, lakin onlar öz nikahlarını rəs-miləşdirmirlər.
    Bunun da iki səbəbi olur. Ya yetkinlik yaşına çatmalarına baxmayaraq nikaha o qədər
    də önəm vermirlər, ya da qanuni cəhətdən onların nikahının rəsmiləşdirilməsi
    üçün yaşları çatmır. İkinci səbəb elə erkən nikah deməkdir. Erkən nikahlarda da
    hər iki tərəfin yaşının rəsmi nikah üçün uyğun olmamasına və ya kişinin yaşının
    çox olub, qadının azyaşlı olmasına təsadüf edilir. Əslində, erkən nikahların
    nikah bağlanmadığı üçün pozulma ehtimalı da olmur. Belə nikahlar qeyri-rəsmi
    nikahlar siyasında olur və onların ailəsində dünyaya gələn uşaqların adları da
    qeyri-rəsmi nikahdan doğulan uşaqlar siyahısının davamıdır.

            Daha sonra çıxış üçün söz Azərbaycan
    Respublikasının Prezidenti yanında Azərbaycan Gənclər Fondunun nümayəndəsi
    Leyla Cəfərovaya verildi. Leyla xanım bildirdi ki, çox qanunverici bir faktdır
    ki, bu gün “erkən nikahlar və onun sahəsində maarifləndirmə” layihəsi Azərbaycan
    respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.  O bildirmişdir ki, erkən nikahların əsas
    qurbanı məhz qadınlardır. Çünki, nikah pozulan zaman qadının əlində nə nikahın
    bağlanması, nə də pozulması haqqında şəhadətnamənin olmamasıdır. Bununla belə o
    artıq ərə getmiş qızların sırasına daxil olur. Belə olduqda qadının ilk növbədə
    psixoloji durumu gərginləşir. Erkən yaşda ailə quran qızların əksəriyyətinin
    sağlamlığında böyük problemlər yaranır, onların xəstə uşaq dünyaya gətirmək
    ehtimalı böyük olur. Digər cəhətdən onlar psixoloji cəhətdən çox zəif olurlar.
    Həmçinin hamıya məlumdur ki, erkən nikah savadsızlığın da artmasına səbəb olur.
    Çünkü erkən nikaha daxil olan qızların əksəriyyəti demək olar ki, nəinki ali təhsil,
    tam orta təhsil belə almırlar. Bu, daha bir problemin təməlini qoyur. Bu sahədə
    bizim üzərimizə düşən əsas vəzifə bütün bu problemlərin aradan qaldırılması
    üçün maarifləndirici tədbirlərin mütəmadi olaraq keçirilməsidir.

           Sonda mövzu ilə bağlı məktəb şagirdləri
    arasında sual-cavab formasında müsabiqə keçirilmiş və müsabiqənin qalibləri
    mükafatlandırılmışdır.
            Qeyd edək ki, “Erkən nikahlar və onun
    sahəsində maarifləndirmə” layihəsi Xocalı rayonu üzrə daha 4 məktəbdə də-Xocalı
    şəhər 5 saylı, Xocalı rayon Meşəli kənd, Xocalı rayon Cəmilli kənd və Xocalı şəhər
    1 saylı tam orta məktəblərində həyata keçirilmişdir.

    Lamiyə QARAYEVA,

    Xocalı rayon İH-nin başçısının müavini,

    İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri









    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi8 il öncə
    İzlənib58 dəfə
    Xocalı rayon məktəblərində “Erkən nikahlar onun qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

    Maraqlı gələ bilər
    46
    38
    42